İdman
Türkiyə futbolunda qalmaqal: Ferhat Gündoğdu ilə Yasin Kolun gizli yazışmaları üzə çıxdı - Foto
Türkiyədə "Hakimlər işi" istintaqı çərçivəsində saxlanılanlar - Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu ilə hakim Yasin Kol arasındakı gizli yazışmalar aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, ikilinin dialoqlarında qaydalara və nizamnamələrə zidd olaraq hakim təyinatlarına müdaxilə olunduğu müşahidə edilib. Bundan əlavə, Ferhat Gündoğdunun TFF-nin prezidenti İbrahim Hacıosmanoğlu ilə yazışmalarında hakimlərə himayədarlıq edilməsinə dair siyahı göndərdiyi də məlum olub. Tərəflər arasındakı müzakirələrdə hakim təyinatı prosesinə qeyri-qanuni formada təsir göstərildiyi öz əksini tapıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az