AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
Azərbaycan Dövlət Televiziyasının (AzTV) keçmiş aparıcısı, 85 yaşlı Müslümət Rzaxanova artıq 3 ildir ki, Bilgəhdəki “Qocalar evi”ndə yaşayır.
Axar.az Modern.az-a istinadla xəbər verir ki, o, uzun müddət – 46 il AzTV-də çalşıb. M.Rzaxanova vaxtilə Dövlət Televiziyasında yayımlanan məhşur “Qitələr, hadisələr” verilişinin aparıcısı olub.
M.Rzaxanovanın oğlu ömürlük həbsdədir. O, “Qocalar evi”nə yerləşməzdən xeyli öncələr Ömürlük Məhbusların Hûquqlarını Müdafiə Komitəsi adlı təşkilat yaradaq ona rəhbərlik edirdi. Həmin vaxtlarda M.Rzaxanovanın rəhbərlik etdiyi qurum ömürlük məhbuslarla bağlı məslələrə operativ reaksiya verir, onları dərhal ictimailəşdirirdi.
M.Rzaxanova bildirib ki, oğlu artıq 32 ildir ki, həbsdədir.
Onun oğlu Şakir Rzaxanov 1996-cı ildə qəsdən adam öldürmə ittihamı ilə ölüm hökmünə məhkum edilib. Sonradan ölüm hökmü ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib.
Anası oğlunun günahsız olduğunu düşünür. 2018-ci ildə bildirmişdi ki, Şakir cinayəti etiraf etməyib və haqsız yerə həbs olunduğunu deyib.
M.Rzaxanova bildirib ki, oğlu həbs olunandan sonra gəlini boşanıb, o isə nəvələrini böyüdüb.
İllər sonra birgə yaşadığı qızı və nəvələri ilə münasibətləri pisləşib və nəticədə onu məhkəməyə veriblər, adını evin qeydiyyatından çıxarıblar.
M.Rzaxanova “Qocalar evi”nə öz xoşu ilə yerləşdiyini qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildrilib ki, 2026-cı ilin ilk 8 ayında ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə (“Qocalar evi”) 42 ahıl qəbul edilib. Onlardan 18 nəfəri qadın, 24 nəfəri kişidir.
“Hazırda müəssisədə 213 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 109-u kişi, 104-ü qadındır”, - deyə qurumdan bildirilib.