Digər
Tramp Maduronu tutmaq planını Sİ ilə müzakirə edib
ABŞ Prezidenti Donald Tramp süni intellekt əsaslı “Qrok” çat-botu ilə Venesuela lideri Nikolas Maduronu ələ keçirmək planlarını müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə “Taym” jurnalı məlumat yayıb.
Bildirilib ki, bu, 2025-ci ilin dekabr ayında Oval Ofisdə “Qrok”un rəhbəri İlon Maskla şəxsi görüşdən sonra baş verib.
Jurnal qeyd edir ki, Amerika lideri bir neçə saat ərzində “Qrok”a Maduronun prezidentliyi və mirası ilə bağlı suallar verib.
Daha sonra o, botdan ABŞ-ın Maduronu ələ keçirməsindən sonra venesuelalıların necə reaksiya verəcəyini soruşub. “Qrok” da cavabında yazıb ki, venesuelalılar çox güman ki, xoşbəxt olacaqlar.
Mənbə
axar.az