Cəmiyyət
Ermənistanda saxlanılan əsgərimizin həbsi istənildi
Ermənistan İstintaq Komitəsi Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, Ermənistan prokurorluğu Sünikdəki (Zəngəzur) Şəki kəndinə naməlum şəraitdə daxil olan azərbaycanlı hərbçi Nəsimi Musayev barəsində cinayət işi açıb.
Mənbə
axar.az