İdman

Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi - Foto

02 Oct 2026, 12:36 2 baxış
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi - Foto
UEFA Millətlər Liqası çərçivəsində Belçika ilə qarşılaşacaq Türkiyə millisi aparıcı üzvlərindən birini itirib. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, zədə səbəbindən dünənki məşqdə iştirak edə bilməyən gənc oyunçu Can Uzan Belçika ilə oyunun heyətindən kənarlaşdırılıb. O, "ay-ulduzlular"ın Fransa və İtaliya ilə keçirdiyi görüşlərdə meydana ilk 11-likdə çıxmışdı.
Məlumata görə, İtaliya ilə oyunda adları iştirak ərizəsində olmayan Emirhan Topçu, İlhan Fakılı və Bartuğ Elmaz isə Belçika ilə görüşün heyətinə daxil ediliblər. Qeyd edək ki, bu gün keçiriləcək Belçika - Türkiyə oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi - Foto Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər