İdman
Cırtdan ölkə təmsilçisiylə bacarmayan milliyə sərt tənqid: "Utanın, yerin dibinə girin" - Video
"Utanıb elə yer tapmaq lazımdır ki, orada bizi görməsinlər. Futbolçu olan kəs bu gecə gedib qərar verməli idi ki, yaxşı dırnaq ustası, qəssab, saç ustası olacağam". Oxu.Az xəbər verir ki, bunları aparıcısı olduğu "Xəbər ertəsi" verilişində Mehman Rəsulov deyib. "Peşəkar futbolçuyam deməyin bundan sonra. Bu adamlar futbolçu deyillər. Buradan gələn çörəyi yeyə bilməz axı. Buraxın bu işin başını. Lixtenşteynin məşqçisi deyir ki, biz peşəkar komanda deyilik", - deyə aparıcı qeyd edib.
Qeyd edək ki, ötən gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Lixtenşteyn millisini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən D Liqasının 2-ci qrupunun matçı qolsuz bərabərliklə başa çatıb.

Mənbə
oxu.az