Digər
Ermənistan İrana sanksiyalara qoşulur - Paşinyan
Ermənistan hökuməti İrana qarşı yeni ABŞ sanksiyaları paketini araşdırır.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat yayıb.
“Biz bütün tərəfdaşlarımızla çox şəffafıq. Xüsusilə dost ölkələrlə münasibətlərimizin eyni şəkildə qalmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik.
Lakin keçə bilməyəcəyimiz bir sərhəd var - Ermənistanın özünün sanksiyalara məruz qalma riski”, - o bildirib.
Mənbə
axar.az