Digər
Azərbaycanın yeni PUA-sı TƏQDİM OLUNDU
"QIRGHI-S" zərbə tipli pilotsuz uçuş aparatı ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. Oxu.Az xəbər verir ki, taktiki əməliyyatlar üçün nəzərdə tutulan PUA 10 kilometrədək əməliyyat radiusuna və 17 dəqiqəyədək uçuş müddətinə malikdir. "QIRGHI-S"in döyüş başlığının çəkisi 1 470 qram, boş çəkisi isə 1 100 qramdır. PUA-nın ölçüləri 47×47×25 santimetr təşkil edir. Pilotsuz uçuş aparatının uçuş sürəti 90 km/saat, əməliyyat sürəti 130 km/saat, əməliyyat hündürlüyü isə 300 metrdir. Aparat -40°C-dən +50°C-dək temperaturda fəaliyyət göstərə bilir.
Mənbə
oxu.az