Dünya

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

30 Sep 2026, 17:24 3 baxış
Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?
Dubaydan Təl-Əvivə uçan daha bir "Flydubai" reysi uçuşun ortasında geri dönüb və eyni aviaşirkətin təyyarəsi ilə bağlı baş verən insident fonunda Dubaya qayıdıb. Oxu.Az-ın xəbərinə görə, bunu "Flightradar24" xidmətinin məlumatları göstərir. Söhbət yerli vaxtla saat 12:36-da (Bakı vaxtı ilə eynidir - red.) gözləniləndən gec yola düşən Dubaydan uçan "FZ1081" reysindən gedir. İzləmə məlumatlarına görə, təyyarə artıq Təl-Əviv istiqamətində 1300 km-dən çox uçduğu halda sonradan "Dubaya qayıdır" statusu alıb və İraq-Səudiyyə Ərəbistanı sərhədi yaxınlığında geri dönüb. Lakin bir müddət sonra təyyarənin marşrutu yenidən dəyişdirilib və Təl-Əvivə uçan təyyarə kimi qeydə alınıb, Ben-Qurion hava limanına yerli vaxtla saat 14:47-də çatacağı gözlənilir. Xatırladaq ki, daha əvvəl "Flydubai" şirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarəsi pilot kabinəsində baş verən pilotlar arasında qanlı dava səbəbindən istiqamətini dəyişib və Təl-Əviv əvəzinə Səudiyyə Ərəbistanına doğru uçub. Daha sonra Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk şəhərinin hava limanına təhlükəsiz eniş edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər