Dünya

Türkiyədəki narkotik istintaqı: Hasan Şaş və Afra Saraçoğlunun testində kokain tapıldı

30 Sep 2026, 16:28 2 baxış
Türkiyədəki narkotik istintaqı: Hasan Şaş və Afra Saraçoğlunun testində kokain tapıldı
Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlarla bağlı apardığı narkotik istintaqı çərçivəsində keçmiş futbolçu Hasan Şaş və aktrisa Afra Saraçoğlunun test nəticələrində kokain maddəsi aşkarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Məlumata görə, tanınmış şəxslərə qarşı həyata keçirilən narkotik araşdırması zamanı sentyabrın 18-də xüsusi əməliyyat təşkil edilmişdi. Keçirilən bu əməliyyatda aktyor Aras Bulut İynemli, "Sefo" ləqəbli müğənni Seyfullah Sağır və aktrisa Melis Sezen də daxil olmaqla bir sıra məşhur adlar nəzarətə alınmışdı. Araşdırma prosesində qan, saç və sidik nümunələri götürülən, daha sonra isə məhkəmə tərəfindən sərbəst buraxılan Hasan Şaşın test nəticəsi aydınlaşıb. Aparılan analizlərdə onun qan, sidik və saçında kokainə, həmçinin saçında əlavə olaraq kodein maddəsinə rast gəlinib. İstintaq dövründə ölkə xaricində olan və geri qayıtdıqdan sonra İstanbul aeroportunda saxlanılan aktrisa Afra Saraçoğlunun da test nəticələri bəlli olub. Aktrisadan götürülən nümunələrin müayinəsi zamanı saçında kokain maddəsi tapılıb. Digər tərəfdən, əməliyyat çərçivəsində saxlanılan və yoxlamaların ardından sərbəst buraxılan Yağız Sabuncuoğlu və Aras Bulut İynemliyə edilən testlərdə isə hər hansı bir narkotik maddəyə rast gəlinmədiyi bəlli olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər