Dünya

Fransada orta məktəb şagirdlərinin etirazları zamanı 80-ə yaxın insan xəsarət alıb - VİDEO

30 Sep 2026, 15:32 2 baxış
Fransada orta məktəb şagirdlərinin etirazları zamanı 80-ə yaxın insan xəsarət alıb - VİDEO
Fransada yuxarı sinif şagirdlərinin nümayişlərində baş verən iğtişaşlar zamanı 76 nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Eduar Jeffre RTL radiosunun canlı yayımında bildirib.

"Məni narahat edən etirazların özü və ya şagirdlərin tələbləri deyil. Nümayiş hüququ təməl azadlığıdır. Lakin zorakılıq yolverilməzdir. Etirazlar başlayandan bəri bizdə 76 yaralı barədə məlumat var - bunlar həm şagirdlər, həm də təhsil müəssisələrinin əməkdaşlarıdır", - deyə nazir vurğulayıb. Nazir nümunə kimi pirotexniki vasitənin partlaması nəticəsində qolundan ağır xəsarət alan məktəbli hadisəsini göstərib. Bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri etirazçıları sakitləşdirməyə və ya onların qaladığı tonqalları söndürməyə çalışan müəllimlərə və digər məktəb işçilərinə nümayişçilər tərəfindən hücum hallarının olduğunu da xəbər verib. Qeyd edək ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə ölkənin paytaxt regionu İl-de-Fransda başlayıb. İştirakçılar həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxış edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər