Dünya

Dilan Polat yenə saxlanıldı

30 Sep 2026, 14:54 3 baxış
Dilan Polat yenə saxlanıldı
Türkiyəli məşhur sosial şəbəkə fenomeni Dilan Polat saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, o, ölkə prezidentini təhqir etməkdə təqsirləndirilir. Qeyd olunur ki, Anadolu Baş Prokurorluğu tərəfindən sosial mediada yayılan bir görüntü əsasında Dilan Polat haqqında "Prezidenti təhqir etmə" ittihamı ilə araşdırma başladılıb. Aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan fenomen ifadəsinin alınması məqsədilə ədliyyə binasına aparılıb. Prokurora ifadə verdiyi vaxt səhhətində problem yaranan Polat üçün binaya tibbi yardım briqadası dəvət edilib. Xatırladaq ki, daha əvvəl Dilan Polat narkotik və ya stimullaşdırıcı maddə, çirkli pulların yuyulması ilə başladılan istintaq çərçivəsində saxlanılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər