Cəmiyyət

Kredit faizləri niyə azalmır? - VİDEO

30 Sep 2026, 16:36 2 baxış
Kredit faizləri niyə azalmır? - VİDEO
Azərbaycanda bankların tələb olunan məcburi ehtiyatlarından əlavə 6.3 milyard manat vəsait yaranıb. Belə ki, məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti 2026-cı il avqust ayının sonuna 6.3 milyard manata çatıb ki, bu da 2025-ci ilin dekabr ayı ilə müqayisədə 2.2 dəfə çoxdur. Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Maraqlıdır, bəs sektorda 6.3 milyard manatlıq izafi likvidlik kreditlərin faizlərinin azalmasına gətirib çıxara bilər? İqtisadçıların sözlərinə görə, bank sektorunda izafi likvidlik əvvəllər də olub və son dövrlər bu göstərici artıb. "Məntiqi olaraq, bankların sərəncamında daha çox vəsait olduqda, həmin resursları yerləşdirmək üçün kredit faizlərini aşağı salmaq imkanları yarana bilər. Lakin praktikada izafi likvidliyin təsiri daha çox depozit faizlərində özünü göstərir. Bankların manat resursları artdıqca depozitlər üzrə faizləri aşağı salması müşahidə olunur. Kredit faizlərində isə eyni tendensiya müşahidə edilmir", - deyə iqtisadçı Xalid Kərimli bildirib. Rəsmi göstəricilərə görə isə kredit faizləri nəinki azalıb, əksinə artıb. Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin əvvəlində yeni verilmiş kreditlərin orta faizi 17.69 faiz olsa da, sentyabrda bu göstərici 18.83 faizə yüksəlib. Xalid Kərimli deyir ki, banklar faizi azaltmaqla daha çox kredit verəcəklərini gözləmirlər. Hesab olunur ki, faizlərin azalması problemli kreditlərin artmasına səbəb ola bilər. Bununla belə, kredit faizlərinin yüksəlməsi problemli kreditlərin artmasının qarşısını almır. Belə ki, sentyabrın 1-nə olan məlumata görə, ilin əvvəli ilə müqayisədə problemli kreditlərin məbləği 37.6 faiz artıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər