İdman

Bolqarıstanda klub prezidenti QƏTLƏ YETİRİLDİ - FOTO

30 Sep 2026, 11:40 2 baxış
Bolqarıstanda klub prezidenti QƏTLƏ YETİRİLDİ - FOTO
Bolqarıstanın "Botev Plovdiv" klubunun prezidenti İliyan Filipov ötən gecə qətlə yetirilib. Oxu.Az Bolqarıstanın "Nova" nəşrinə istinadən xəbər verir ki, iş adamı komandasının oyunundan sonra evinə qayıdarkən öldürülüb. Mənbənin məlumatına görə, Filipov başından güllə ilə vurulub. Hadisə onun yaşadığı evin yaxınlığında baş verib. Hazırda saxlanılanların olub-olmadığı ilə bağlı məlumat yoxdur. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Qeyd olunub ki, Filipovun yaşadığı yaşayış kompleksinin yaxınlığında meşəlik ərazi yerləşir. Hüquq-mühafizə orqanları qatilin biznesmenin yolunu məhz həmin ərazidə gözlədiyini ehtimal edir.
Bolqarıstanda klub prezidenti QƏTLƏ YETİRİLDİ - FOTO Bolqarıstanda klub prezidenti QƏTLƏ YETİRİLDİ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər