Digər

"PalmPay" artıq "Bazarstore"da

30 Sep 2026, 12:00 2 baxış
"PalmPay" artıq "Bazarstore"da
Ovucla ödəniş daha beş ünvanda aktivləşdirildi "PalmPay"in əhatə dairəsi sürətlə böyüyür. MPAY tərəfindən təqdim olunan biometrik ödəniş texnologiyası "Bazarstore" supermarketlər şəbəkəsinin beş filialında istifadəyə verilib. Artıq həmin filiallarda müştərilər alış-veriş zamanı ödənişlərini sadəcə ovuc vasitəsilə tamamlaya bilərlər. "PalmPay"in aktiv olduğu "Bazarstore" filialları: "Bazarstore Gənclik" - F.Xoyski prospekti? 830; "Bazarstore" - "Baku City Residence"; "Bazarstore Xətai" - Babək prospekti? 1129; "Bazarstore" - "Park Bulvar"; "Bazarstore Baku Mall" - Zərdabi prospekti. Ovucla ödəniş təcrübəsini sınamaq üçün müştərilərin əvvəlcədən sistemdə qeydiyyatdan keçməsi tələb olunur. Qeydiyyat prosesi yuxarıda qeyd olunan ünvanlarda yerləşən "PalmPay" stendlərində həyata keçirilir. Proses uğurla tamamlandıqdan sonra istifadəçilər alış-veriş zamanı kart və ya mobil telefondan istifadə etmədən, sadəcə ovuclarını "PalmPay" cihazına yaxınlaşdırmaqla ödənişi həyata keçirə bilərlər. Bu həll ödəniş prosesini sadələşdirərək istifadəçilərə sürətli, rahat və təhlükəsiz ödəniş imkanı yaradır. "Bazarstore"un 5 filialının da "PalmPay" şəbəkəsinə qoşulması ilə xidmətin əhatə dairəsi daha da genişlənib. Hazırda ovucla ödəniş texnologiyası 15-dən çox satış nöqtəsində aktivdir. "PalmPay"in daha çox məkanda əlçatan olması üçün qeydiyyat ünvanlarının artırılması prosesi davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər