Siyasət

Deputat: "Sarqsyan və Koçaryan Assambleyada çıxış edərkən neçə müsəlman lideri zalı tərk etdilər?"

30 Sep 2026, 11:53 3 baxış
Deputat: "Sarqsyan və Koçaryan Assambleyada çıxış edərkən neçə müsəlman lideri zalı tərk etdilər?"
"1994-cü ilin 29 sentyabrında Heydər Əliyevin Assambleyadakı çıxışı ölkəmizin məruz qaldığı işğalın beynəlxalq səviyyədə tanıdılması və gələcək Zəfərin əsasını qoydu. Ona görə 32 il sonra Azərbaycan dövlətinin ədaləti təmin etməsi 81-ci sessiyanın əsas siyasi mövzusu olmalı idi". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü iclasının müzakirəsi zamanı deyib.
O bildirib ki, Türkiyənin müəyyən sol və islamçı media platformalarında ölkəmiz ayrıca hədəfə alınıb və xeyli müddətdir aparılan sistemli kampaniya iki dövlətin münasibətlərinə zərər vurmağa yönəlib: "İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışına qarşı onlarla etirazçının zalı tərk etməsi hər bir dövlətin apardığı siyasətin ölçüsünə çevrildi. Halbuki Azərbaycanın Fələstin məsələsində iki dövlətli həll variantını, daimi atəşkəsi və humanitar yardımları ardıcıl dəstəkləməsi birgünlük zal boykotundan daha əhəmiyyətlidir. Onilliklər boyu fələstinlilərin hüquqlarını sümürən və onu geosiyasi maraqları üçün alətə çevirən mərkəzlər ölkəmizin 30 illik işğalına qarşı hansı etiraz və yardım siyasətini həyata keçiriblər? Serj Sarqsyan və Robert Koçaryan Assambleyada çıxış edərkən Xocalı qətliamına görə neçə müsəlman lideri və aparıcı Qərb dövlət təmsilçisi Nyu-Yorkun baş binasını tərk ediblər? Qəzza məsələsini dünyanın bir nömrəli problemi elan edən dairələr torpaqlarızın azad olunmasına yox, heç olmasa indi Zəfərimizin legitimliyini tanımağa və Qarabağın quruculuğuna hansı köməyi göstəriblər? Müharibə qurbanlarına dəstək yalnız bəyanat, qətnamə qəbulu və zalı tərk etməklə ölçülmür. Ötən əsrdə o torpaqlarda qanlı toqquşmaları yaradanlar indi salonu tərk edən bir çox dövlətlərdir. Emmanuel Makron islam dünyasının rəğbətini qazanmaq üçün alovlu bir çıxış etdi, halbuki 2020-ci ilin 25 noyabrında hökuməti ikinci erməni dövlətini tanımağa çağıran da məhz Fransa Senatı idi".
Deputat: "Sarqsyan və Koçaryan Assambleyada çıxış edərkən neçə müsəlman lideri zalı tərk etdilər?" Deputat: "Sarqsyan və Koçaryan Assambleyada çıxış edərkən neçə müsəlman lideri zalı tərk etdilər?"
Mənbə oxu.az

Oxşar Xəbərlər