Cəmiyyət
Sakinlər suyun səsinə oyandılar: Bakıda içməli su küçələrə axır - VİDEO
Bakının Yasamal rayonunda içməli su borusunda baş verən qəza nəticəsində ərazini su basıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Bildirilib ki, hadisə Həsən bəy Zərdabi küçəsi, 69, ünvanında baş verib. Su borusunun partlaması nəticəsində küçəyə böyük həcmdə içməli su axıb, ərazidə gediş-gəliş çətinləşib. "Səhər saat 7-də suyun şırıltısına oyanmışam. Mən çıxanda artıq həyətdə belə bir vəziyyət idi. Yəqin ki, gecə saatlarında baş verib", - deyə şikayətçi bildirib. Şikayətçi ərazidə aparılan tikinti-qazıntı işləri ilə bağlı əvvəllər də aidiyyəti qurumlara dəfələrlə müraciət edildiyini vurğulayıb. Müraciətlərə baxılmaması nəticəsində bu gün yaranmış vəziyyət həm su təchizatında problemə, həm də ərazidə hərəkətin çətinləşməsinə səbəb olub.

Mənbə
oxu.az