Cəmiyyət

Bakının bu ərazilərində qaz olmayacaq

30 Sep 2026, 09:12 13 baxış
Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.


Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun A.Məhərrəmov, 20 Yanvar, M.Cəfərov və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər