Cəmiyyət

Birliyin Gücü-2026: təlimin müşahidəçiləri ilə görüş - Foto

30 Sep 2026, 09:35 10 baxış
Birliyin Gücü-2026: təlimin müşahidəçiləri ilə görüş - Foto

Bakıda Birliyin Gücü-2026 birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib.


Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil edilən tədbirdə müxtəlif ölkələrdən olan müşahidəçilərə təlimin məqsədi, keçirilmə mərhələləri və tapşırıqları barədə ətraflı məlumat verilib.


Bildirilib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının müxtəlif taktiki tapşırıqları yerinə yetirməsi, bölmələr arasında uzlaşmış qarşılıqlı fəaliyyətin və idarəetmə imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur.


Görüşdə, həmçinin təlim zamanı təhlükəsizlik qaydalarına riayət olunması və müşahidəçilərin fəaliyyətinin təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.


Sonda müşahidəçiləri maraqlandıran suallar cavablandırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər