Dünya

ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır

30 Sep 2026, 00:36 3 baxış
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ-ın müdafiə naziri Pit Hegset ölkənin Silahlı Qüvvələrində generallar və admirallar üçün nəzərdə tutulan vəzifələrin sayını 20% azaltmağı planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" xidməti sənədlərə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Hegset sentyabrın əvvəlində Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələrin birgə ehtiyat heyətində ixtisar planlarını təsdiqləyib. Silahlı Qüvvələrə dəyişiklikləri həyata keçirmək və ixtisarları 2027-ci il yanvarın 1-dək başa çatdırmaq tapşırılıb. Hegsetin planlarını sentyabrın 30-da Virciniya ştatının Kuantiko şəhərində Silahlı Qüvvələrin vəziyyətinə və qarşıdakı il üçün prioritetlərə həsr olunmuş çıxışı zamanı rəsmən açıqlayacağı gözlənilir. Yeni hədəf onun ötən il ABŞ ordusunda general və admiral vəzifələrinin ümumi sayının 10% azaldılması ilə bağlı müəyyən etdiyi göstəricidən iki dəfə çoxdur. Hegsetin əvvəlki sərəncamında həmçinin ABŞ Silahlı Qüvvələrində xidmət edən dördulduzlu general və admiralların sayının 20%, Milli Qvardiyadakı generalların sayının isə 20% azaldılması nəzərdə tutulurdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər