Dünya

İranda dolların məzənnəsi rekord qırdı

29 Sep 2026, 23:44 3 baxış
İranda dolların məzənnəsi rekord qırdı
İslam Respublikasının azad valyuta bazarında İran rialının ABŞ dollarına nisbətdə məzənnəsi tarixi minimumu yeniləyib. Oxu.Az bu barədə Tehran Qızıl və Valyuta İttifaqının İnformasiya Şəbəkəsinə məxsus Tgju.org ixtisaslaşdırılmış maliyyə portalına istinadən xəbər verir. Məlumata görə, azad bazarda bir ABŞ dollarının dəyəri təxminən 2,53 milyon İran rialına çatıb. Daha əvvəl İran ölkə tarixində ən böyük nominala malik 10 milyon riallıq əskinası tədavülə buraxmışdı. Hakimiyyətin bu qərarı inflyasiya ilə mübarizə aparmaq zərurəti, habelə ABŞ və İsraillə hərbi qarşıdurma fonunda nağd pula artan tələbatla əlaqələndirilir. Çəhrayı rəngli yeni əskinasın real dəyəri təxminən yeddi dollar təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər