Kriminal

Gündə 4-5 banka enerji içkisi içən kişi infarkt keçirdi

29 Sep 2026, 23:00 3 baxış
Gündə 4-5 banka enerji içkisi içən kişi infarkt keçirdi

Bakıda 40 yaşlı şəxs miokard infarktı keçirib.


Axar.az Bakupost-a istinadən xəbər verir ki, bunu kardioloq Gülanə Ağayeva bildirib.


Onun sözlərinə görə, gecə saat 3 radələrində sinəsində kəskin ağrılar olan 40 yaşlı pasiyent təcili yardıma müraciət edib. Kardioqramma göstəriciləri və pasiyentin şikayətləri ürəyin ön divarının infarktına uyğun olub.


“Xəstəyə angioqrafiya icra edəndə ön damarının tamamilə tıxandığını gördük. Damarı bərpa etdik, xəstəni vəziyyətdən çıxardıq. Ağrıları keçdi və kardioqramı düzəldi”.


G.Ağayeva qeyd edib ki, pasiyentdən alınan analizlər və toplanan məlumatlar zamanı onun gündə 4-5 banka enerji içkisi qəbul etdiyi məlum olub.


“Biz dəfələrlə enerji içkilərinin və siqaretin zərərlərindən danışsaq da, insanlar bunu sadəcə oxuduqlarımızı danışırmışıq kimi anlayırlar. Amma biz yalnız oxuduqlarımızı danışmırıq, praktikada gördüklərimizi deyirik. Gənc yaşlarda miokard infarktına səbəb olan ən böyük faktorlardan biri enerji içkiləri və siqaretdir”, - deyə G.Ağayeva əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər