Dünya

"Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı - VİDEO

29 Sep 2026, 17:26 3 baxış
"Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı - VİDEO
"Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. Ölkə başçısı dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə İnfantinoya təşəkkür edib". Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının hazırladığı reportajda bildirilib.

Süjetdə qeyd olunub ki, Azərbaycan lideri gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. Materialda ali futbol təşkilatının rəhbərinin İlham Əliyevə xatirə hədiyyələri təqdim etdiyi də vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər