Dünya

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşalda bilər: Tramp plana müsbət yanaşdı

29 Sep 2026, 18:36 3 baxış
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşalda bilər: Tramp plana müsbət yanaşdı
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan yeni layihəyə müsbət yanaşıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Atlantic" nəşri yayıb. Nəşrin mənbələrinə əsasən, sözügedən təklif bir neçə ay əvvəl Trampa onun Belarus üzrə xüsusi nümayəndəsi Con Koul tərəfindən təqdim edilib. Plan, Moskvanın bir sıra məhbusları sərbəst buraxması müqabilində Rusiya iqtisadiyyatına qarşı yönəlmiş ABŞ məhdudiyyətlərinin bir qisminin zəiflədilməsini özündə ehtiva edir. Bildirilir ki, bu addım "Birləşmiş Ştatlara Rusiya nefti, dizel yanacağı, nadir torpaq mineralları və digər xammal məhsulları ilə bağlı sərfəli müqavilələr bağlamağa imkan verəcək". Nəşr qeyd edir ki, təşəbbüs ilkin mərhələdədir və bu barədə əvvəllər məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər