Cəmiyyət

Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO

29 Sep 2026, 17:38 3 baxış
Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO
Hərbi pilot, Azərbaycan ordusunun veteranı Aleksandr Pleşa vəfat edib. Oxu.Az-ın məlumatına görə, o, 1992-ci ildən Azərbaycan Milli Ordusunun sıralarında xidmət edib. Belə ki, Aleksandr Pleşa Şəmkir aerodromunda yerləşən 882-ci Aviasiya Alayında komandir müavini, daha sonra Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Havadan Müdafiə Qoşunları komandanının müavini vəzifələrində çalışıb. O, hərbi pilot kimi xidmət etdiyi dövrdə Qarabağ istiqamətində gedən döyüşlərdə iştirak edib.
Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər