Cəmiyyət

Sabunçuda antisanitar vəziyyətlə bağlı sakinlərin NARAZILIQ etdiyi ərazidə son vəziyyət - FOTO

29 Sep 2026, 16:18 1 baxış
Sabunçuda antisanitar vəziyyətlə bağlı sakinlərin NARAZILIQ etdiyi ərazidə son vəziyyət - FOTO
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, 307 nömrəli məktəbin yaxınlığında yerləşən tullantı meydançasında zibil qablarının vəziyyəti və ərazidə yaranan antisanitar mənzərə ilə bağlı açıqlama verilib. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, həmin ərazidəki zibil qablarına toplanan tullantılar gündəlik qrafik əsasında daşınır və zərərsizləşdirilməsi üçün təhvil verilir. Qeyd olunub ki, ərazidə sanitar vəziyyətin nəzarətdə saxlanılması üçün zəruri tədbirlər görülür. Bildirilib ki, xəbərə əlavə edilən fotoşəkillərdə tullantı tutumlarının ətrafındakı qalaqlanma əvvəlki dövrə aiddir və hazırkı vəziyyəti əks etdirmir.
{{gallery_16200}} Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində sakinlər antisanitar vəziyyətdən gileylənirlər. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Zabrat qəsəbəsi, 307 nömrəli məktəbin yaxınlığında yaşayan sakinlər bildiriblər ki, ərazidə zibil qablarının vəziyyəti və onların ətrafında yaranan antisanitar mənzərə uzun müddətdir davam edir. Qeyd olunub ki zibil qabları sıradan çıxıb, külək əsəndə zibillər əraziyə səpələnir. "Qoxudan, çirkab əlindən burdan keçmək mümkün olmur. Zibil qablarını hamısı sınıq vəziyyətdə biri-birinə söykəyib saxlayırlar. Deyirlər ki, insanlar zibilləri yerə qoyurlar. Amma zibilləri vaxtında yığmadıqlarına və qablar dolub daşdığına görə sakinlər məcbur olurlar ki, gətirdikləri zibilləri yerə qoysunlar", - deyə müraciətdə bildirilib. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
{{gallery}}
Sabunçuda antisanitar vəziyyətlə bağlı sakinlərin NARAZILIQ etdiyi ərazidə son vəziyyət - FOTO Sabunçuda antisanitar vəziyyətlə bağlı sakinlərin NARAZILIQ etdiyi ərazidə son vəziyyət - FOTO Sabunçuda antisanitar vəziyyətlə bağlı sakinlərin NARAZILIQ etdiyi ərazidə son vəziyyət - FOTO Sabunçuda antisanitar vəziyyətlə bağlı sakinlərin NARAZILIQ etdiyi ərazidə son vəziyyət - FOTO Sabunçuda antisanitar vəziyyətlə bağlı sakinlərin NARAZILIQ etdiyi ərazidə son vəziyyət - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər