Cəmiyyət

Komitə sədri idarə rəisini işdən çıxardı - Foto

29 Sep 2026, 15:15 10 baxış
Komitə sədri idarə rəisini işdən çıxardı - Foto

Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb.


Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov vəzifəsindən azad olunub.


O, 2008-ci ildən həmin vəzifədə işləyirdi.


Hələlik Zaqatala Rayon Statistika İdarəsinə yeni rəis təyin olunmayıb.


Qeyd edək ki, bununla da DSK-nin rəis vəzifəsi boş olan rayon və şəhər idarələrinin sayı 12-yə çatıb. Hazırda Zaqatala ilə yanaşı Ağdam, Daşkəsən, Xocavənd, İmişli, Lənkəran, Tərtər, Şabran, Quba, Şərur, Culfa rayon və Mingəçevir şəhər statistika idarələrinin rəisi yoxdur.

Mənbə axar.az

Oxşar Xəbərlər