Cəmiyyət

Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA

29 Sep 2026, 13:32 3 baxış
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Abşeron dairəvi dəmir yolunun "Bakıxanov" stansiyasından Bakı Dəmiryol Vağzalına istiqamətində hərəkət edən elektrik qatarlarında səhər saatlarında yaranan sıxlıq sərnişinləri çətin vəziyyətdə qoyub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Bildirilib ki, xüsusilə səhər saatlarında Bakıxanov stansiyasından Bakı Dəmiryol Vağzalı istiqamətində qatarların sayı kifayət etmir. Onun sözlərinə görə, səhər saatlarında, əsasən, 06:58 və 07:28 reyslərindən istifadə etmək mümkün olur. Qeyd edilib ki, 07:28-də hərəkət etməli olan qatar bəzi hallarda gecikərək təxminən 07:34-də stansiyaya çatır. Növbəti reysin də gec vaxta düşməsi sərnişinlərin sayının kəskin artmasına və qatarlarda ciddi sıxlıq yaranmasına səbəb olur. Sərnişinin sözlərinə görə, hər gün yüzlərlə insan işə getmək üçün həmin marşrutdan istifadə edir və səhər saatlarında yaranan sıxlıq, eləcə də mümkün gecikmələr sərnişinlərin işə vaxtında çatmasını çətinləşdirir. Müraciətdə bildirilib ki, məsələ ilə bağlı artıq aidiyyəti quruma rəsmi müraciət də göndərilib. Sərnişinlər səhər saatlarında əlavə reyslərin təşkil olunmasını və ya qatarlar arasındakı intervalın azaldılmasını xahiş edirlər. Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, ADY Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların qrafikini davamlı olaraq optimallaşdırır.
"Sərnişin tələbatının qarşılanması məqsədilə hazırda həftəiçi gündəlik reyslərin sayı 108-ə çatdırılıb. Bakıxanov dayanacağından Bakı Dəmiryol Vağzalına doğru həftəiçi gün ərzində 39 reys, o cümlədən səhər saatlarında - saat 06:35, 06:58, 07:23, 07:37, 07:50, 07:59, 08:10, 08:25, 08:36, 08:46-da reyslər həyata keçirilir. Sərnişin qatarlarının hərəkət qrafiki tərtib olunarkən sərnişin tələbatı, qrafikin sərnişinlərin gediş-gəliş vaxtlarına uyğunlaşdırılması, mövcud qatar sayı, qatarlara davamlı baxış üçün müddət ayrılması, tək xətli dəmir yollarında qatarların qarşılaşma məntəqələri, qarşıdan gələn qatarların eyni vaxtda eyni sahəyə daxil olmaması, qatarların keçid vaxtları arasında təhlükəsizlik intervalı, yük əməliyyatları, qatarlara sahələr üzrə icazə verilən sürət həddi, stansiyalarda dayanma müddəti, texniki, istismar və təhlükəsizlik amilləri və s. kompleks şəkildə nəzərə alınır. Onu da qeyd edək ki, 15 sentyabrdan etibarən ADY tərəfindən gündəlik 52 minə yaxın sərnişin daşınır ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təqribən 25 faiz çoxdur", - deyə B.Hacıyev bildirib.
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Mənbə oxu.az

Oxşar Xəbərlər