İdman
"Xankəndi" ona tapşırıldı
Röyal Nəcəfov "Xankəndi" klubunun yeni baş məşqçisi təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İmzalanmış müqaviləyə əsasən Röyal Nəcəfov 2026/2027-ci il mövsümünün sonunadək "Xankəndi"nin baş məşqçisi vəzifəsini icra edəcək.
O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Zaur Hacıyevi əvəzləyib.
Mənbə
axar.az