Dünya
Ronaldu ehtiyatda qaldı, Portuqaliya Norveçə qalib gəldi - VİDEO
Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Norveçi məğlub edib. Oxu.Az xəbər verir ki, A Liqasının 4-cü qrupunda keçirilən qarşılaşma Oslodakı "Ullevol" stadionunda baş tutub. Görüş Portuqaliya millisinin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.
17-ci dəqiqədə portuqaliyalı vinger Joau Feliks cərimə meydançasının kənarından dəqiq zərbə ilə hesabı açıb. 51-ci dəqiqədə Norveç millisinin hücumçusu Erlinq Holand cərimə zərbəsindən sonra topu tamamlayaraq hesabı bərabərləşdirib. Portuqaliya 54-cü dəqiqədə yenidən önə keçib. Qonsalu Ramuş Norveç millisinin qapıçısı Erlyan Nülandın ötürməsindəki səhvdən yararlanaraq topu onun üzərindən keçirib və hesabı 1:2 edib. Ramuş 58-ci dəqiqədə daha bir qol vursa da, VAR müdaxiləsindən sonra həmin qol ləğv olunub. Hakimlər hücumçunun ofsaydda olduğunu müəyyənləşdiriblər. Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu isə qarşılaşmanın sonunadək ehtiyat oyunçular skamyasında qalıb. Ronaldu matça start heyətində başlamayıb. Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Portuqaliya Uelsi 1:0, Norveç isə Danimarkanı 3:2 hesabı ilə məğlub edib. 3-cü turda Norveç səfərdə Uelslə, Portuqaliya isə Danimarka ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 1-də keçiriləcək.

Mənbə
oxu.az