İdman

Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"

27 Sep 2026, 20:18 2 baxış
Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"
"Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas mətbuat konfransında deyib. Mütəxəssis UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan millisinə qarşı keçirdikləri və 1:1 hesabı ilə başa çatan qarşılaşmanı dəyərləndirib: "Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, istədiklərimizi meydanda tam icra edə bilmədik. Əlverişli epizodları dəyərləndirə bilmədik. Amma uduzmamaq da önəmlidir. Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu baxımdan Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür. Səfər görüşündən əlverişli nəticə ilə ayrılmağa çalışacağıq". Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər