Dünya
Vens Trampın iş rejimindən danışıb
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Prezident Donald Trampın demək olar ki, gün boyu işlədiyini bildirib. Oxu.Az bu barədə "REpost" portalına istinadən xəbər verir. Vensin sözlərinə görə, Tramp onun həyatında tanıdığı insanlar arasında ən az yatan şəxsdir və gecənin yarısı tabeliyində olan şəxslərə zəng edə bilər. Vens prezidentin bir dəfə gecə saat 02:30-da zəng edərək "Yatmırsınız?" deyə soruşduğu hadisədən danışıb. O isə cavabında bildirib: "Xeyr, ser, yatmırdım. Artıq yatmıram. Gəlin, sizi nəyin narahat etdiyini müzakirə edək". Vitse-prezidentin sözlərinə görə, Tramp günün istənilən vaxtında iş məsələlərini müzakirə etməyə hazırdır.
Mənbə
oxu.az