Cəmiyyət
VHP üzvləri Zəfər Parkını ziyarət etdilər - Foto
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər.
Axar.az xəbər verir ki, partiyanın Mərkəzi İcra Aparatının əməkdaşları və Bakı rayon təşkilatlarının fəalları 8 Noyabr kompleksinin önünə gül dəstələri qoyaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Ziyarət zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinə hörmət və ehtiram ifadə olunub.
Mənbə
axar.az