İsveçrə neytrallıqdan imtina edir? - Açıqlama
İsveçrədə referendumda neytrallıqla bağlı təşəbbüsün rədd edilməsi ölkənin neytrallıq siyasətindən imtina etməsi demək deyil.
Axar.az xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnasio Kassis səsvermənin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
İsveçrə hökuməti də referendumun ölkənin neytrallığını şübhə altına almadığını vurğulayıb.
“Bu nəticə neytrallığın əleyhinə verilmiş səs deyil. İsveçrə dünən neytral idi, bu gün də neytraldır və gələcəkdə də neytral qalacaq”, – Kassis deyib.
Qeyd edək ki, İsveçrədə keçirilən referendumda seçicilərin 70 faizdən çoxu ölkənin daimi və hərtərəfli neytrallıq prinsipinin Konstitusiyada təsbit edilməsini nəzərdə tutan təşəbbüsün əleyhinə səs verib.