İdman
Emreli qolunu əsgər salamı ilə qeyd etdi - Video
Azərbaycan millisinin futbolçuları UEFA Millətlər Liqasında Litva ilə keçirilən səfər matçında vurulan qolu xüsusi şəkildə qeyd ediblər.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, Mahir Emreli 14-cü dəqiqədə hesabı bərabərləşdirdikdən sonra yığmamızın futbolçuları birlikdə əsgər salamı veriblər.
Millinin üzvləri bununla 27 Sentyabr - Anım Günündə şəhidlərimizin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, hazırda oyun davam edir və hesab 1-1-dir.
Mənbə
axar.az