Cəmiyyət

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

27 Sep 2026, 09:00 3 baxış
Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

26 sentyabrda müharibə əhval-ruhiyyəsi yox idi. Biz təlim üçün təyin olunmuş rayonlarda cəmlənmişdik. Amma içimizdə hiss var idi ki, nəsə ciddi bir hadisə olacaq.


Bu sözləri Axar.az-a geniş müsahibəsində ehtiyatda olan polkovnik Nizami Əliyev bildirib.


“Məxfiliyin qorunması məqsədilə yuxarı komandanlıq bizə heç bir məlumat verməmişdi. Sadəcə təlim adı ilə gəlmişdik.


Artıq 27 sentyabr tarixində səhər tezdən atəş səslərini eşidirdik. Təbii ki, atıcı silahları yox, iriçaplı artilleriya vasitələrinin, raketlərin şahidi olurduq.


Əlbəttə ki, mənim taborum günün ilk saatlarıdan döyüş tapşırıqlarını icra eləməyə başladı. Döyüş əmrində Füzuli istiqamətində irəliləyəcəyimi və o istiqamətdəki kəndlərin azad olunmasında döyüş tapşırıqlarını icra edəcəyimi öyrənəndə böyük fəxr hissi yaşadım”, - polkovnik qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər