Cəmiyyət

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

27 Sep 2026, 10:49 3 baxış
Türkiyə XİN şəhidlərimizi belə yad etdi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr – Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərini yad edib.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in X sosial şəbəkə hesabında paylaşım edilib.


"27 Sentyabr – Anım Günü ilə bağlı Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq", – paylaşımda bildirilib.


Qeyd olunub ki, Türkiyə "Bir millət, iki dövlət" şüarı ilə Azərbaycanın yanında olmağa davam edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər