Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq
Müharibənin dayandırılması üçün o xalqa bir balaca müharibəni daddırmalısan. Görsünlər ki, bu müharibə onlarlıq deyil. Biz də bunu etmək üçün fürsət gözləyirdik və ermənilər hücuma keçdilər. Sonra da proseslər başladı.
Axar.az xəbər verir ki, bu sözləri Axar TV-ə geniş müsahibəsində politoloq Heydər Oğuz qeyd edib.
O, Vətən müharibəsinə gedən könüllüləri xatırladıb:
"Maşın-maşın insanlar gedirdilər döyüşə. Bəzilərini yük maşınlarının içində aparırdılar. Övladımın sinif yoldaşları, cüdo yoldaşları Şuşadan yazırdılar ki, buradayıq. Düşünürəm, övladım yaşındakı uşaqlar bizim nəsildən daha qeyrətli çıxdılar. Getdilər, torpaqları aldılar. Özü də necə gedib aldılar?! Oynaya-oynaya, mahnı oxuya-oxuya, gülə-gülə döyüşlərə yollandılar. Biz tarix boyu elə qalibiyyətləri çox əldə eləmiş, elə döyüşlər çox görmüşük deyə, “qarnıtox” gedirdik müharibəyə. Amma bizə o imkanı verdiklərinə görə həm də sevinə-sevinə gedirdik".
Politoloq övladını cəbhəyə yola salan analardan da danışıb:
"O dövrdə şəhid analarına təskinlik vermək istəyirdim. Deyirdilər, Vətən sağ olsun. Övladı ölüb, çətin şeydir, amma deyir "Vətən sağ olsun!". Bunu hər ana deyə bilməz, amma türkün anası deyir.
Çünki Azərbaycan anaları o qələbəyə daha çox möhtac idilər. Ona təşnəlik halı deyirlər. Elə bir təşnəlik halında insanların verdiyi reaksiyalar da fərqli olur”.