Dünya

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

27 Sep 2026, 10:50 2 baxış
Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçinin Tayvanla bağlı açıqlamalarından sonra Yaponiya-Çin münasibətlərində yaşanan kəskin gərginlik fonunda Tokioda Vaşinqtonun Pekinlə yaxınlaşmasından narahatlıq keçirirlər. "Prezident Tramp Çin lideri ilə danışıqlar barədə mənə ətraflı məlumat verdi. Bundan sonra biz Çinlə bağlı müxtəlif məsələlər, o cümlədən iqtisadi təhlükəsizlik və təhlükəsizliyin digər aspektləri ətrafında fikir mübadiləsi apardıq, Yaponiya və Birləşmiş Ştatlar arasında əməkdaşlığı təsdiqlədik", - deyə Baş nazir bildirib. Danışıq 20 dəqiqə davam edib. Xatırladaq ki, Yaponiyanın baş naziri 2025-ci ilin noyabrında parlamentdə bəyan etmişdi ki, onun hökuməti Tayvan yaxınlığında hərbi böhran yaranacağı təqdirdə güc tətbiqini istisna etmir. Çin Yaponiya rəhbərinin sözlərini açıq təhdid və öz daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Pekin Takaiçidən öz bəyanatını təkzib etməyi tələb edib, Yaponiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib və bu ölkə ilə müxtəlif səviyyələrdə təmasları məhdudlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər