İdman

Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə

27 Sep 2026, 10:27 2 baxış
Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.


Axar.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva komandası ilə üz-üzə gələcək.


Kaunas şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edəcək.


Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.

Mənbə axar.az

Oxşar Xəbərlər