Dünya
Trampdan süni intellektlə bağlı MARAQLI TƏKLİF: Adı dəyişdirilsin
"ABŞ süni intellekt (Sİ) texnologiyalarının inkişafına mane olmaq niyyətində deyil". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ölkəsinə səfərini şərh edərkən bildirib. "Bu barədə çox danışdıq. Birləşmiş Ştatlar onun inkişafına mane olmayacaq", - deyə o, jurnalistlərə bildirib. ABŞ liderinin sözlərinə görə, Çin Sədri süni intellektin "superintellekt" adlandırılması ideyasını bəyənib. "Bu ad daha yaxşı uyğun gəlir. "Süni" sözü həqiqi olmayan deməkdir, amma bu, belə deyil, bu, çox güclü intellektdir. Mən onu "superintellekt" adlandırıram. Süni intellektin adının "superintellekt" olaraq dəyişdirilməsi ideyası Si Cinpinin xoşuna gəldi, çünki bu ad daha dəqiqdir", - deyə o bildirib.
Mənbə
oxu.az