Digər

Xəzərdə 14 hərbçinin ölümü ilə bağlı təcili tapşırıq

26 Sep 2026, 21:40 4 baxış
Xəzərdə 14 hərbçinin ölümü ilə bağlı təcili tapşırıq

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Müdafiə Nazirliyində kompleks yoxlamaların həyata keçirilməsi məqsədilə xüsusi komissiya formalaşdırıb. O, komissiyaya ilk nəticələr barədə bir həftə ərzində hesabat verməyi tapşırıb.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat yayılıb.


Təftiş prosesi hərbi bölmələrin maliyyə və maddi-texniki təminatı da daxil olmaqla, Müdafiə Nazirliyindəki ümumi vəziyyəti əhatə edəcək.


Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edəcək. Ali Audit Palatasının sədri Əlixan Smailov isə onun müavini təyin edilib.


Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən hərbi qulluqçuları dəniz suları aparıb. Hadisə nəticəsində 14 nəfər həyatını itirib.

Mənbə axar.az

Oxşar Xəbərlər