Digər
Lavrovdan təkzib: Türkiyə müraciət etməyib, icazə verməsək...
Türkiyə S-400 müdafiə sistemlərinin xaricə satılması ilə bağlı Rusiyaya müraciət etməyib.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Onlar çox yaxşı bilirlər ki, əgər bu sistemləri öz sərhədlərindən kənara çıxarmaq istəsələr, bunu bizim rəsmi razılığımız olmadan edə bilməzlər", - Lavrov söyləyib.
Qeyd edək ki, daha öncə Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə olunduğu xəbəri yayılıb.
Mənbə
axar.az