Kriminal

Ağcabədidə ağır qəza: qardaşlar öldü, bir nəfər yaralandı

26 Sep 2026, 21:30 4 baxış
Ağcabədidə ağır qəza: qardaşlar öldü, bir nəfər yaralandı

Ağcabədidə iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Teleqraf-a istinadən, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.


Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil qarşıdan gələn “Hunday” markalı avtomobillə toqquşub.


Qəza nəticəsində VAZ-2107-də olan Poladlı kənd sakinləri 1970-ci il təvəllüdlü Tələt İsfəndiyar oğlu Cəfərov və 1966-cı il təvəllüdlü Novruz İsfəndiyar oğlu Cəfərov dünyasını dəyişiblər.


Qəza zamanı digər "Hunday" markalı avtomobildə olan Ağcabədi rayon Aşağı Avşar kənd sakini 2004-cü il təvəllüdlü Həsən Füzuli oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər