İdman
Son 10 ildə Bakıda keçirilən "Formula-1" yarışlarında 20 mindən çox könüllü çalışıb - FOTO
Son 10 ildə 20 mindən çox könüllü Bakıda keçirilən "Formula-1" yarışlarında fəaliyyət göstərib. Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından məlumat verilib. Bildirilib ki, bu il cəmi 72 saat ərzində 49 min müraciət daxil olub. Qeyd edək ki, bu gün başa çatan 10-cu "Formula-1" Azərbaycan Qran-prisinin qalibi "Mercedes"in pilotu Corc Rassell olub.
Mənbə
oxu.az