İdman
Azərbaycan millisi Çexiya ilə qarşılaşdı
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, B qrupunda yarışan Rəşad Eyubovun komandası 8-ci turda Bakıda qrup ikincisi Çexiya millisi ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"da keçirilən görüşü irlandiyalı FİFA referisi Aaron Odoud idarə edib.
Oyun 1-1 hesabı ilə yekunlaşıb.
Mənbə
axar.az