Siyasət

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26 Sep 2026, 16:27 4 baxış
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda "Formula-1" yarışlarının yüksək səviyyədə təşkil edildiyi bildirilib. Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulanıb. Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edilib, tərəfdaşlığın perspektivləri müzakirə olunub.
{{gallery}}
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər