İdman

Corc Rassell Bakıdakı qələbəsindən DANIŞDI

26 Sep 2026, 17:24 2 baxış
Corc Rassell Bakıdakı qələbəsindən DANIŞDI
"Mercedes" pilotu Corc Rassell "Formula-1" üzrə Azərbaycan Qran-prisində qazandığı qələbədən sonra fikirlərini bölüşüb. Oxu.Az xəbər verir ki, britaniyalı sürücü yarışın onun üçün uğurlu keçdiyini bildirib. "Yarışın ilk hissəsi kifayət qədər rahat keçdi. Sonlara yaxın inanılmaz sürət nümayiş etdirdik. Finiş xəttinə qədər Maks Ferstappenlə mübarizə apardıq. Hər yarışa qələbə üçün çıxıram. Bu gün hər şey mənim üçün yaxşı alındı. Son Qran-prilər uğursuz keçmişdi, amma Bakıda yaxşı nəticə əldə etdim. Son dövrədə sarı bayraqları gördüyüm üçün sürətimi bir qədər azaltmalı oldum. Ümumilikdə, inanılmaz həftəsonu oldu", - deyə Rassell qeyd edib. Qeyd edək ki, Azərbaycan Qran-prisində Corc Rassell bütün rəqiblərini qabaqlayaraq qalib olub. "Red Bull" pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü yeri tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər