İdman
"Mercedes" "Formula-1" tarixində ən çox qələbə qazanan mühərrik istehsalçısı oldu
"Mercedes" "Formula-1" tarixində ən çox yarış qələbəsi qazanan mühərrik istehsalçısı olub. Oxu.Az xəbər verir ki, bu nəticə Azərbaycan Qran-prisində Corc Rasselin qələbəsindən sonra qeydə alınıb. Beləliklə, "Mercedes" mühərrikləri ilə qazanılan qələbələrin sayı 252-yə çatıb. "Ferrari" isə 251 qələbə ilə ikinci pillədə qərarlaşıb. Beləliklə, "Mercedes" "Ferrari"ni geridə qoyaraq "Formula-1" tarixində mühərrik istehsalçıları arasında qələbə sayına görə zirvəyə yüksəlib.
Mənbə
oxu.az