Digər

Güclü partlayış oldu, bina çökdü: 6 ölü - Foto

26 Sep 2026, 17:39 3 baxış
Güclü partlayış oldu, bina çökdü: 6 ölü - Foto

Yunanıstanın paytaxtı Afinanın Plaka rayonunda yaşayış binasında güclü partlayış baş verib.


Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın “ERT” telekanalı məlumat yayıb.


Bildirilib ki, partlayış nəticəsində üçmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.


Dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb və onların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə iş aparılır.


Məlumata görə, ölənlər arasında binanın yuxarı mərtəbəsində yaşayan yaşlı cütlük və birinci mərtəbədə kirayə mənzildə qalan 4 ABŞ vətəndaşı olub.


Hadisə nəticəsində 3 nəfər də xəsarət alıb.


Partlayış nəticəsində yaxınlıqdakı bina, mağaza və avtomobillərə də ziyan dəyib.


Hadisənin səbəbləri araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər